Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Mia.az xəbər verir ki, dünən saat 13 radələrində Kürdəxanı qəsəbəsinin ərazisində yerləşən çoxmərtəbəli binada təmir işləri görən şəxs hündürlükdən yıxılaraq ölüb.
Vəfat edən tikinti işçisinin Quba rayon sakini 1989-cu il təvəllüdlü Qamət Müslüm oğlu Sultanov olduğu müəyyənləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır/qafqazinfo.