Rəsmi Ankara bəzi media orqanlarına "ABŞ İrana hücum etdiyi anda, Türkiyə təhlükəsizliyini təmin etmək üçün İran ərazisinə hücum etməyi planlaşdırır. Türkiyə bununla İran ərazisində geniş bir zolaqda təhlükəsizlik məqsədiylə bufer zona yaradacaq", məzmunlu xəbərələrə operativ münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Cumhurbaşqanlığının tabeliyindəki Dezinformasiya ilə Mübarizə Mərkəzi bəyanat yayıb.

Bəyanatda bu iddiar tamamilə rədd edilib: "Bəzi media orqanlarında yayılan bu iddialar tamamiə dezinformasiyadır. Qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə həmişə hörmət edən dövlətimiz istənilən hadisənin olub-olmamasından asılı olmayaraq, sərhəd təhlükəsizliyimizi 24/7 təmin etmək üçün lazımi tədbirləri görür".

Mərkəz xalqı belə təsdiqlənməmiş iddialara etibar etməməyə çağırıb.

Firudin Səfərli

MİA.AZ