Bu gün Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş Ankarada baş tutub.
Bildirilib ki, görüşdə tərəflər Ukrayna-Rusiya arasındakı savaş və davam edən danışıqlar ətrafında müzakirə aparıblar.
Firudin Səfərli
MİA.AZ