Türkiyədə F-16 qəzaya düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  hadisə Balıkəsirdə baş verib.

Məlumata əsasən, Balıkəsir 9-cu Əsas Reaktiv Baza Komandanlığına məxsus F-16 təyyarəsi Bakı vaxtı ilə saat 01.50 radələrində qəzaya uğrayıb: "Qəzada pilot həlak olub".

 Milli Müdafiə Nazirliyindən bildirilib ki, qəzanın səbəbi araşdırmalar nəticəsində müəyyən ediləcək.

 Qəza ilə bağlı Balıkəsir Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.

Firudin Səfərli

MİA.AZ