“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib.
Mia.az Manset.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub.
Onunla bağlı qərar bir neçə gün əvvəl verilib.
Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğludur.
Xatırladaq ki, 15 gün əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yeni sədri Əfqan Cəlilovun Elvin Cəfərovu özünə yeni müşavir götürməsi barədə miaa.z xəbər yazıb.
Bildirək ki, Elvin Cəfərov buna qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində (SHXÇDX) Daxili nəzarət idarəsinin rəisi işləyib...
Məlumatda o da deyilir ki, Əfqan Cəlilov əvvəlki sədr Rauf Vəliyevin kadrlarını da müxtəlif "əsas"la bir-bir yola salır.
Xatırladaq ki, Əfqan Cəlilov 16 yanvar 2026-ci ildə ASCO-nun sədri təyin edilib.
F.ƏHMƏD
MİA.AZ