Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb.
Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.