"İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır".
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu sensasiyalı məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.
Kəşfiyyat Xidməti iddia edib ki, Britaniya və Fransan Ukraynaya nüvə bombası verməyi planlayıb və hazırda bu istiqamətdə iş aparılır: "Əldə edilən məlumata görə, London və Paris Kiyevə belə bir silah çatdırmaq üzərində işləyirlər. Əgər Kiyev nüvə bombası və ya çirkli bombaya (radioaktiv material ehtiva edən bomba) sahib olarsa, bu, münaqişənin istiqmaətini dəyişəck və daha əlverişli şərtlər ortaya çıxaracaq".
Kəşfiyyat bununla nüvə savaşına əl ata biləcəklərinə eyham vurmaqla iki ölkəni "ağlını itirməkdə" də ittiham edib: "Bu cür planlar London və Parisin reallıq hissini itirdiyini göstərir."
Bəyanatda Almaniyanın belə bir planda iştirak etməkdən imtina etdiyi də iddia olunub
Firudin Səfərli
MİA.AZ