"Beşiktaş"ın yeni transferi Kristjan Asllani Albaniya mətbuatına müsahibə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Asllani, "Beşiktaş" ilə bağlı ümidverici açıqlamalar verib.
O, açıqlamalarında bildirib: "Mən bura icarəyə gəldim, amma daimi qalmaq istəyirəm. "Beşiktaş" çox böyük klubdur və həmişə çempionluq üçün oynayır. Mən də çempionluğu qazanmaq istəyirəm. "Beşiktaş"ın möhtəşəm azarkeşləri var. Bu, futbolçunun arzuladığı hər şeyə sahib bir klubdur. Sergen Yalçının məndən gözləntilərini bilirəm. "Beşiktaş"a çox faydalı olacağımı və burada böyük uğurlar qazanacağımı hiss edirəm."
Fərid
MİA.AZ