"Liverpul" klubu "Bayern Münhen"in ulduzu Maykl Oliseni transfer etmək istəyir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Liverpul" rəhbərliyi gənc cinah hücumçusunun transferi üçün 100 milyon avrodan çox pul verməyə hazırdırlar.
Bildirilib ki, "Mançester Siti" və "Çelsi" kimi rəqiblərin də Oliseni istəməsi "Liverpul"u daha sürətli davranmağa məcbur edir.
Xatırladaq ki, ulduz oyunçu bu mövsüm 34 matça çıxıb 13 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ