Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.
Mia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Vüqar Səlim oğlu Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
V.Babayev Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunacaq/Report.
Allah rəhmət eləsin!