"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib.

Müdafiə Sənayesi Nazirliyindən Mia.az-a verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.