Bakının Nizami rayonu ərazisində daha bir restoran tikintisi narazılıq yaradıb.

Mia.az xəbər verir ki, bu barədə AzTimes saytının rəhbəri Pərvin  Abışova saytın tiktok-dakı hesabında video paylaşıb.

O bildirib ki, rayonun Məmmədəli Şərifli küçəsi 92-də restoran tikintisi zamanı ərazidəki ağaclar yoxa çıxarılıb. Yəni, kəsilib, yerində isə tikinti aparılıb 

Jurnalistin iddiasına görə, "Şəms" adlı restoran "Azərişıq" ASC-nin "Satınalmalar şöbəsi"nin Şakir adlı məsul şəxsinə məxsusdur.

Mia.az görüntüylə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırdır.

Samir

MİA.AZ