Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payçı olduğu “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin İdarə Heyətinin yeni sədri Mixail Kravçenko təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, Kravçenko vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayıb.

M. Kravçenko hazırda Ukraynanın “Ukrtransnafta” Səhmdar Cəmiyyətini İdarə Heyətində təmsil edir. O, bu vəzifədə Bożena Knipfelberqi əvəz edib. B. Knipfelberq isə “Sarmatiya” şirkətində İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.