Türkiyə Futbol Federasiyasından hakimlik fəaliyyətinə ömürlük qadağa qoyduğu Elif Karaarslanın hazırkı işi ilə bağlı maraqlı məlumat yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 25 yaşlı keçmiş hakim Elif Karaarslanı hakimlik fəaliyyətinə xitam verildikdən sonra "İnstaqram"da blogerliyə başlayıb.

Məlumata görə, gözəlliyinə güvənən keçmiş hakimin izləyicilərinin sayı qısa zamanda sürətlə artıb. Buna paralel olaraq o, sosial media platformalarında reklam işləri görür: "Məhz reklamdan onun hər ay 2,2 milyon TL (təxminən 85 min manat) qazandığını iddia edənlər var...".

İddiaya keçmiş hakim münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, 9 iyul 2000-ci ildə İstanbulun Kadıköy rayonunda anadan olan Karaarslan aşağı liqalardakı matçlarda hakimlik edirdi.

Hüseyn Namazov

MİA.AZ