Bu gün bir çox ölkələrdə X sosial media platformasında problem yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, platformaya bir çox ölkələrdə giriş mümkünsüz olub.

Məlumata görə, problemBakı vaxti ılə saat 17:00-dan başlayıb: "Həmin vaxtdan ABŞ başda olmaqla, demək olar ki, bütün ölkələrdə şəbəkəyə giriş mümkünsüz olub".

Şirkət məsələ ilə bağlı açıqlamasında problemin aradan qaldırılmasına çalışdıqlarını bildiriib.

Samir Musayev

MİA.AZ