Türkiyədə iki telekanal cəzalandırılıb
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Radio və Televiziya Ali Şurası (RTÜK) qərar verib.
Qərara əsasən, Halk TV-də Ebru Bakinin aparıcılığı ilə yayımlanan "Para Siyasət" verilişində jurnalist Uğur Dündarın CHP sədri Özgür Özel ilə CHP-dən istefa verən Keçiören bələdiyyə başçısı Mesut Özarslan arasında votsap yazışmalarındakı söyüşlərin səsləndirməsi cəzaya əsas yaradıb: "Bundan başqa, NOW TV telekanalı "Qısqanclıq" teleserialında ailə institutuna xələl gətirən, evli şəxslərin başqalarından uşaq sahibi olmasını təbliğ edən səhnələrə görə cərimələnib".
Ləman
Mia.az