Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

Mia.az APA-ya istinadla bildirir ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara tibbi yardım edilib, hazırda vəziyyətləri kafidir.

Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.

Tələbələr yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.