Hollivud ulduzu Ancelina Coli ABŞ-da azad fikir və ümumiyyətlə, azadlığın boğulduğunu iddia edərək, ölkəni tərk etməyə qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda açıqlama verən Hollivud ulduzu ABŞ-da demokratiya və azadlığın artıq təhlükədə olduğunu deyib.

Məşhur aktrisa artıq uşaqlarının 18 yaşını da tamamladığını deyərək, ölkəni rahat tərk edəcəyini bəyan edib: "ABŞ-dakı ictimai və siyasi atmosfer böyük narahatlıq yaradır. Mən ölkəmi sevirəm, amma hazırda onu tanıya bilmirəm. Mənim dünyagörüşüm bərabərlik, barış və birləşdiricidir. Şəxsi ifadə və azadlıqları məhdudlaşdıran hər hansı addım son dərəcə təhlükəlidir. Bunların boğulduğu ölkədə yaşamaq istəmirəm".

Xəbərdə deyilir ki, məşhur aktrisa Avropa ölkələrinin birinə köçməyə hazırlaşır.

Xatırladaq ki, Angelina Colinin altı övladı var: Maddox, Pax, Zahara, Shiloh, Knox və Vivienne. Aktyor Bred Pitt ilə evlilikdən olan əkiz uşaqları Nox və Vivienne bu il 18 yaşlarını tamamlayıb.

Hüseyn Namazov

MİA.AZ