NATO ölkəsi ABŞ-a gözlənilməz formada meydan oxuyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Niderlandın Müdafiə naziri Gijs Tuinman BNR-in "Boekestijn & De Wijk podkastı"na verdiyi müsahibəsində danışıb.

O, müsahibəsində Rusiyanın NATO ölkələrinə mümkün genişmiqyaslı hücum ehtimalı, ABŞ-ın dəstəyi olmadan Avropanın müdafiə gücü, həmçinin F-35 qırıcı təyyarələrinin ABŞ-ın proqram təminatından asılılığı barədə suallara sensasiyalı cavablar verib.

Nazir bildirib ki, Avropa İttifaqı ölkələri maksimum 2028-ci ilin sonuna qədər Rusiya təhdidinə qarşı tam hazır vəziyyətə gətiriləcək: "O vaxta qədər Avropa Rusiyaya qarşı bütün sahələr üzrə tam hazır olacaq. ABŞ da bu tarixə qədər sifariş edilmiş əlavə F-35-lər, "Tomahawk" raketləri və artilleriya sistemlərini bizə çatdıracaq".

Nazir amerikalıların NATO-dan və ya digər iqtisadi müttəfiq kimi geri çəkilmə ehtimalına da aydınlıq gətirib. O, bu zaman Niderlandın ABŞ-dan aldığı F-35 təyyarələrinin proqram təminatının gələcəkdə yeniləmələrindən aslılığı olub-olmayacağına isə çox maraqlı cavab verib: "Əlbəttə, biz bu variantı gözardı etməmişik. Biz növbəti 1,5-2 il ərzində Norveç və polyaklarla birgə bu və ya digər sahələr üzrə çox böyük aktlara imza atacağıq. Biz bu müddətdə amerikalıların mövqelərini aydınlaşdıracaqlarını da görəcəyik. Əgər ABŞ müttəfiqlikdən yayınarsa, ciddi poblem olmayacaq. F-35-lərin proqram təminatının yenilənməsi isə ümumiyyətlə, problemsiz davam edəcək. Burada Sizə heç vaxt deməməli olduğum bir şeyi deyəcəyəm: bəli, başqa bir seçiminiz var. Əgər ABŞ bizdən uzaqlaşarsa, F-35-in proqram təminatını sındıra və ya yeniləyə bilərik. Eynən iPhone kimi...."

Samir MUSAYEV

MİA.AZ