"Beta" brendinə məxsus dəmləmə qara çay paketinin içərisindən tük topası çıxıb.
Mia.az bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı video göndərilib.
Görüntülərdə yeni açılmış paketin içərisində çay dənələrinin tük topasına yapışdığı görünür.
Həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı "Beta Tea" şirkətindən bildirildi ki, yayılan məlumat həqiqəti əks etdirmir:
"Beta çayı bütün istehsal və qablaşdırma proseslərini müvafiq keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirir. Məhsullarımızın qablaşdırılması zamanı istifadə olunan materiallar və texnologiyalar qida təhlükəsizliyi tələblərinə tam cavab verir".