Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
Mia.az Manset.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Orucəli Hacıyev məlumatı təkzib etməyib və telefonu söndürüb.

Fotoda Faiq Tağızadə

Fotoda Etibar Mirzəyev

Fotoda Orucəli Hacıyev
MİA.AZ
Manşet.az