Rəsmi Moskva "Bloomberg"in Rusiyanın ABŞ-a iqtisadi əməkdaşlığı əhatə edən yeni bir plan təklif etməsi barədə məqaləsinə münasibət bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin sualına cavab verib.

Peskov bu məlumatı təkzib etməyib: "Bəli, biz ABŞ-a əməkdaşlıq təklif edirik. Əlbəttə ki, hər iki ölkədəki biznes dairələri bunda çox maraqlıdır".

Kreml sözşsü əlavə edib ki, iddiaların əksinə olaraq, Rusiya dollardan imtina etmək niyyətində deyil: "Lakin cəlbedici olarsa, digər valyutalarla istifadəni bərpa edəcəyik"

Peskov əlavə edib ki, Rusiya və ABŞ tərəfindən yaradılan iqtisadi qruplar arasında əlaqə davam edir: "Onlar ticarət və iqtisadiyyat sahəsində potensial əməkdaşlıq sahələrini araşdırırlar. Ümid edirik ki, məsləhətləşmələr real işə çevriləcək. Lakin təəssüflə etiraf etməliyik ki, Ukrayna böhranı həll olunana qədər yekun nəticələri gözlənilmir"

Samir Musayev

MİA.AZ