"Çox qəribə haldı. Özüm bankdan kredit götürmək istəyirəm, camaat kreditdən qaçır, yüksək faizdən qaçır, mən ona da razı olduğum halda banklarla dirəşib kredit ala bilmədim. Mikro kredit götürmək istədim, nə bilim, biznes üzrə 38.000 manata yaxın dövriyyə oldu. AccessBank Azerbaijan, ABB, Bank Respublika, Yelo Bank kimi banklarla uzun müddətli danışıqlar apardım, nəticə ala bilmədim".
Mia.az xəbər verir ki, bu sözləri "Feysbuk"dakı "AZBank Klubu" qrupunda İlyas Salamlı yazıb.
Onun sözlərinə görə, bununla da reklamla reallıqda işlərin tam fərqli olduğunu anlayıb: "Yəni ki, VÖEN varsa, güya kifayətdir və s amma dövriyyə olduğu halda belə nəticə ala bilmədim. Başa düşürəm, hər bankın qaydası, qanunu və işi fərqlidir, amma reklam etdikləri ilə üst-üstə düşmür. Bu artıq aldatmaq deməkdir".
Samir
MİA.AZ