Ekologya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin 6 saylı İsmayıllı Regional Şöbəsində neqativ halların yaşanması barədə Mia.az-a  məlumat daxil olub.

Məlumatda deyilir ki, şöbənin rəisi Səmədov Telman Baba oğlu idarənin rəhbəri Elxan Baxışıovla şəxsi münasibətlərinə görə dövlət qurumunu şəxsi təsərrüfatı kimi idarə edib: "Hətta Elxan Baxışov səlahiyyətindən istifadə edib ETS Nazirliyinin Meşələrin İnkişafı Departamentinin büdcəsi hesabına aldığı Niva markalı 77-PT-179 dövlət nömrə nişanlı maşını Səmədov Telmanın şəxsi istifadəsinə verib. Bu azmış kimi, idarədə olan maşın və traktorların hans təyinatlar üzrə işlədilməsi araşdırma mövzu olmalıdır. Bundan  başqa regional şöbədə kadr dəyişikliklər, həmçinin texnikaların fəaliyyəti barədə daxili yoxlama aparılıb. Araşdırmalar nəticəsində heç bir hüquq mühafizə orqanlarına məlumat verilməyib. Bu hal bir neçə regionlarda baş verib. Yoxlama nəticəsində Elxan Baxışov işdən uzaqlaşdırıldı. Lakin  onun himayədarlıq etdiyi şəxslər, o cümlədən, Nəqliyyat İdarəsinin direktor müavini Batıxan İsayev, Həmkarlar Komitəsinin sədri Məmmədov İlqar və sair şəxslər haqqında tədbirlər görülməyib....".

Məsələ ilə bağlı Mia.az Xəbər Portalı Ekologya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinə rəsmi sorğu verib.

Sorğuya verilən cavabda qeyd edilən şöbədə əvvəlki illərdə yoxlama aparıldığı təsdiqlənib. Lakn cinayət faktları aşkarlanmadığı üçün cinayət işi açılmayıb. Nazirlik bununla belə, Nəqliyyat idarəsinin direktoru Elxan Baxışovun ötən ay vəzifədən azad edilməsini təsdiqləyib. Bildirilib ki, o, öz ərizəsiylə 12 yanvar 2026-cı ildə vəzifədən ayrılıb.

Cavabı aşağıda olduğu kimi təqdm edirik:

F.Səfərli

MİA.AZ