Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalı qəza törədib.

Mia.az Ajans.az-a istinadla xəbər verir ki, deputat Günay Ağamalı Zabrat yolunda sürət həddini aşaraq öndəki maşına çırpılıb.

Hadisənin səbəbi isə, maşının avtobus xəttinə daxil olması olub.

Əldə edilən məlumata görə, deputat ayrı avtomobil ilə hadisə yerindən uzaqlaşıb.

Ajans.az deputatın özü elə əlaqə saxlayıb. O,  hadisəni inkar edib.

Onun sözlərinə görə, heç bir qəza törətməyib və səhhəti normaldır.