İran Müdafiə Şurasının baş katibi və İran lideri Əli Xameneinin müşaviri Əli Şəmxani Omanda İran-ABŞ danışıqlarının növbəti mərhələsi barədə açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qətərini "Əl-Cəzirə" xəbər kanalına açıqlamasında ABŞ-ın regionun təhlükəsizliyi və sabitliyini pozacaq addımlardan çəkinməyə çağırıb.
Şamxani deyib ki, ABŞ real vəziyyətə uyğun, həmçinin hədsiz tələblər irəli sürməsə, danışıqlar uğurla davam etdiriləcək: "Bu, əslində, bütün tərəflərin maraqlarına cavab verəcək".
Şamxaninin sözlərinə görə, İran gərginliyin azaldılması üçün diplomatik səyləri artırıb: "Bununla belə, mümkün müharibəyə hazırıq. Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik. Səhv hesablamaların cavabı çox aır olacaq".
Tahir Şəlvəli
MİA.AZ