""Bank Respublika" ilə bağlı depozitin hesablanması və verilməsi problemi yaşayan var? Dekabr ayının 10 -dan bu günədək demək olar ki, hər gün eyni yalanı deyirlər: hesablanır, hesablanır, hesablanır…".
Mia.az xəbər verir ki, bu sözləri bankın müştərisi Sahil Mehdizadə Feysbuk-dakı "Müştəriyəm Şikayətim Var" səhifəsində yazıb.
O bildirib ki, bir həftə öncə Mərkəzi Banka şikayət edib: "İndi isə yeni yalan tapıblar: "bu gün deyəcəyik, gəlin götürün". Ancaq 5 gündür eyni yalanı deyirlər. Mərkəzi Bank isə "məlumatımız var, bu gün veriləcək məbləğ deyir". Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır. Amma kredit gecikən kimi, o dəqiqə hesablayıb faiz yükləyə bilirlər...".
Şiakyətçi deyir ki, bankla bağlı məhkəməyə müraciət etmək istəyir: "İki aydır o pula görə bütün işlərim alt-üst olub. Maddi və mənəvi ziyandayam, əməliyyata girəcək olan adamın əməliyyatı ləngiyib. Bu pula görə bütün həkim sənədlərim də var...".
Samir
MİA.AZ