Ukrayna prezidenti Zelenski Rusiyanın sülh danışıqlarıı üçün Putin və rus rəsmilərinin onu Moskvaya çağırmalarını qəbul etməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Kiyevdə mətbuat konfransında suala cavabda danışıb.
Zelenski qeyd edib ki, gələn həftə Rusiya ilə danışıqların növbıti mərhələsinə start veriləcək: "Rusiya hələlik bu məsələ ilə bağlı dəqiq cavab verməyib deyə tarixi açıqlaya bilmirik. Lakin ruslardan tez-tez mənimlə Moskvada görüş çağırışı eşidirəm. Lakin mən Putinlə Rusiya və ya Belarusda görüşə bilmərəm. Putinlə Moskva və ya Minski xaricində istənilə neytral ölkədə görüşə hazıram. Biz ölkəmizi müdafiə edirik və Rusiya bizə hücum edib. Onlar təcavüzkardır. Mən bu müharibədə təcavüzkar olan bir ölkənin paytaxtı Moskvaya Putinlə görüşməyə gedə bilmərəm".
Samir MUSAYEV
MİA.AZ