Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi fərdi sahibkar Qurbanov Emin Eyvaz oğlu ilə satınalma müqaviləsi imzalayıb.
Məlumata görə, müqavilədə icarə xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 14 496 manatdır.
Emin Qurbanov deputat Eyvaz Qurbanovun oğludur. Eyvaz Qurbanov parlamentdə 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsini təmsil edir. O, 2011-2024-cü illərdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb/qaynarinfo.