Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.

Mia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Agentliyin müvafiq əmri ilə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru vəzifəsinin icrası Səbuhi Qurbanova həvalə olunub.

Qeyd edək ki, 2016-cı ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı alan S.Qurbanov ötən il Kollecin tədris işləri üzrə direktor müavini təyin olunmuşdu.