Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, bu posta Azər İsmayıl oğlu Mursaqulov təyinat alıb.
A.Mursaqulov 2019-cu ildən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bundan əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.