Fevralın 10-u saat 12:00-da Heydər məscidində sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.

Mi.az xəbər verir ki, bu barədə Fəzail Ağamalının qızı deputat Günay Ağamalı paylaşım edib.

Qeyd olunub ki, dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.

Mərhunun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir.

Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

***

Ötən gün vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir. 

Mia.az qafqazinfo-ya istinadla xəbər verir ki, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edir. 

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbiristanlığına (Gülçülük sovxozu adlanan ərazidə yerləşir) aparılacaq. 

Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı dünən Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.

***

Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib.

APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Xatırladaq ki, Fəzail Ağamalı dünən axşam Ankarada uzun sürən xəstəlikdən sonra vəfat edib.