ABŞ-da azyaşlı qız və oğlan uşaqlarənı cinsi istismar ittihamı ilə həbsə atılmış və orada ölən milyarder pedofil Epşteynlə bağlı sorğu-suala çağırılan sevgilisi, hazırda həbsdə olan Kislaine Maxvell Nümayəndələr Palatasının Nəzarət Komitəsinin suallarını cavablandırmaqdan imtina edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Texasdakı həbsxanadan onlayn formatda qapalı iclasda iştirak edən Maksvell ABŞ Konstitusiyasının Beşinci Düzəlişi çərçivəsində susmaq hüququndan yararlanıb.

Respublikaçı Komitə sədri Ceyms Komer Maksvellin susmaq hüququndan istifadəsini "məyusedici" sayıb. O, Maksvelə Ceffri Epşteynə cinayətləri və potensial əlbirləri ilə bağlı bir çox sual vermək istədiklərini qeyd edib.

Xatırladaq ki, ABŞ Konstitusiyasının Beşinci Düzəlişi fərdlərə and içərək onları günahlandıra biləcək sualları cavablandırmaqdan imtina etməyə imkan verir.

Demokrat Nümayəndə Melani Stansberi isə bu hadisədən sonra iddia edib ki, Maksvell "iclası əfv kampaniyası üçün fürsətə çevirib".

Maksvellin vəkili Devid Oskar Markus əvvəllər bildirib ki, əgər prezident Donald Tramp tərəfindən əfv olunarsa, müvəkkili "tam və dürüst danışmağa hazırdır".

Ağ Ev isə əvvəllər Maksvel üçün heç bir əfv və ya güzəşt məsələsinin gündəmdə olmadığını açıqlayıb.

Xatırladaq ki, Epşteyn qurbanları Maksvel qurban seçilmiş azyaşlılarla bağlı çox məlumatlı olduğunu israr edirlər.

Firudin Səfərli

MİA.AZ