Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yeni sədri Əfqan Cəlilov özünə yeni komanda toplayır.
Mia.az-ın əldə etdiyi məlumata görə, ASCO-nun sədri Əfqan Cəlilov Elvin Cəfərovu özünə yeni müşavir götürüb.
Bildirək ki, Elvin Cəfərov buna qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində (SHXÇDX) Daxili nəzarət idarəsinin rəisi işləyib...
Məlumatda o da deyilir ki, Əfqan Cəlilov əvvəlki sədr Rauf Vəliyevin kadrlarını da müxtəlif "əsas"la bir-bir yola salır.
Bu barədə ayrıca yazımız olacaq.
Xatırladaq ki, Əfqan Cəlilov 16 yanvar 2026-ci ildə ASCO-nun sədri təyin edilib.
F.ƏHMƏD
MİA.AZ