Türkiyənin ana müxalifət partiyası CHP-dən istefa verən Ankarada şəhərinin Keçiören rayon Bələdiyyə sədri Mesut Özarslan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəldən şikayətçi olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, istefa qərarından sonra partiya sədrinin ona mesaj ataraq təhqir etdiyini iddia edib.
Keçiören Bələdiyyə sədrinin şikayətçindən sonrra isə Ankara Respublika Baş Prokurorluğunda Özgür Özəl haqqında cinayət işi açılıb.
Xatırlaadq ki, Məsut Özarslan dünən partiyadakı ab-hava və idarəetməyə etiraz olaraq CHP-dən istefa verib.
Firudin Səfərli
mia.az