ABŞ prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və İran xarici işlər naziri Abbas Arakçinin İstanbulda görüşməsi gözlənilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər yeni nüvə sazişi və digər məsələlərlə bağlı cümə günü İstanbulda görüşəcəklər.
Nüfuzlu "Axios" yazır ki, Stiv Vitkoff və İran xarici işlər naziri Abbas Arakçinin görüşü ilılə bağlıı hazırlıqlar sürətlə davam edir.
"Axios"a görə Donald Tramp administrasiyası bu gün görüşə razılıq verib: "Bu addım İsrailin 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə hücumlarından və sonrakı gərginliklərdən bəri diplomatik təmas üçün ilk ciddi cəhddir".
Firudin Səfərli
MİA.AZ