ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) şok hesabat yayşb.
Mia.az xarici məbuata istinadla xəbər verir ki, hesabatda müharibədə ölən, yaralanan və itkin düşmüş əsgərlərin ümumi sayı sayının 2 milyona çatacağı iddia olunub.
"Rusiyanın Ukraynanı çökdürmə Müharibəsi" adlı hesabatda Moskvanın hərbi irəliləyişlərinə baxmayaraq, böyük itkilər verdiyi xüsusi vurğulanıb.
Qeyd edilib ki, 2022-ci ilin fevral ayından bəri Rusiya ordusu ərazidə 1,2 milyon nəfərdən çox canlı qüvvə itirib: "Bu rəqəm İkinci Dünya Müharibəsindən bəri ən yüksək itkidir"
Hesabatda Ukrayna tərəfində ölən, yaralanan və itkin düşənlərin sayının 500.000 ilə 600.000 arasında olduğu, təxmin edilib: "100-140 min nəfər isə yaralı və ya itkin düşən var. Əgər münaqişənin hazırkı tempi davam edərsə, hər iki tərəfdə ölən, yaralanan və itkin düşmüş əsgərlərin sayı bu ilin yazına qədər 2 milyona çata bilər".
Lamiyə
MİA.AZ