"Avropa İttifaqının ABŞ-ın Qrenlandiyaya iddiasına qarşı dik duruşu bu istiqamətdəki danışıqların uğurlu olmasına töhfə verdi".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ilə görüşü ilə bağlı verdiyi açıqlamada  bildirib.

O, ABŞ-ın adaya iddiasının Aİ ölkələrinin birləşməsinə xidmət etdiyini deyib: "Bu proses Avropanı ayıltdı. Avropa artıq oyandı. Biz bundan sonra NATO tərəfdaşı olaraq Almaniya Şimal Alyansın təhlükəsizliyi üçün daha güclü səylər göstərəcək. Mən cənab Baş nazirlər Frederiksen və Nilsenə bu barədə zəmanət verdim".

Samir MUSAYEV

MİA.AZ