ABŞ Prezidenti Donald Tramp İran administrasiyasının dəfələrlə ona zəng etdiyini, diqloq istədiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu baradə "Axios" nəşrinə danışıb.

 ABŞ Prezidenti müsahibəsində bildirib ki, bölgədə İranı sıxışdırmağa davam edir: "İranın yaxınlığında Venesuelaya göndərdiyimizdən daha daha böyük bir ABŞ dəniz qüvvəsi yerləşdirmişik. Düzdür, diplomatiya hələ də bir seçimdir. İran razılaşma əldə etmək istəyir. Bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər."

2025-ci ilin iyun ayında İran və İsrail arasında baş verən 12 günlük müharibəyə toxunan Tramp o vaxti tehranın uzaqmənzilli raketlərinin üstünlüyünün ortaya çıxdığını da etiraf edib: "Bəli, İsrailə qarşı dağıdıcı qəfil hücum potensialı göstərdilər. Ancaq o vaxt müharibənin ilk günü onlar üçün çox amansız oldi. Liderlərini və raketlərinin çoxunu itirdilər..."

Tahir Şəlvəli

MİA.AZ