Qəbələ rayonunda fəhlə daş karxanasında faciəli şəkildə ölüb
“Qafqazino” xəbər verir ki, bu gün rayon ərazisindəki daş karxanasında işləyən fəhlə 47 yaşlı Səxavət Abdullayev ehtiyatsızlıqdan dəzgahın lentinə düşüb.
O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.