Bakıda iki nəfər dəm qazından zəhərlənib.
Mia.az xəbər verir ki, Nizami rayonu ərazisində kirayədə yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərlənib.
Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
***
Qubada kişi dəm qazından ölüb.
Mia.az xəbər verir ki, Asəf Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır/Report.