Türkiyə Super Liqasının 19-cu turunda "Eyüpspor"la 2-2 hesablı bərabərə qalan "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Gözləmədiyimiz bir oyun və hesab oldu", - deyərək, komandada satılan oyunçulara görə yaranan boşluğa və hələ də alınmayan oyunçu probleminə diqqət çəkib:
"Qazana bilərdik, amma döyüş ruhumuz çatmadı. Bunlar futbolda normal şeylərdir. Pis oyunun son hissəsində heç-heçəni xilas etmək bizim üçün yaxşı oldu. Komandada motivasiya çatışmazlığı var. Bir komanda hər matçda maksimum performansla davam edə bilməz. Futbol kağız üzərində deyil, meydanda oynanılır. Qazanmaq üçün qaçıb mübarizə aparmaq lazımdır. İki xal itirdiyimiz üçün təəssüflənirik. lakin bilirsiniz, komandadan xeyli oyunçu ayrılııb. yeni oyunçuları da ala bilməmişik. Transfer danışıqları aparırıq. Komandaya töhfə verəcək yüksək səviyyəli oyunçular əldə etmək istəyirik. Hamı boşluqları doldurmaq üçün çalışır. Çoxlu sayda komandadan ayrılıq oldu. Bu oyunçuların bəzilərinin satışı planda yox idi. Çox ciddi itkilər yaşamamışıq. Mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi, mərkəz yarımmüdafiəçisi, cinah yarımmüdafiəçisi və hücumçu kimi mövqelərə oyunçular tapmışdıq, amma son anda alınmadı. Bu məsələdə işin maliyyə tərəfi önəmlidir. Düzdür, təkcə Abraham və Rafa Silvanın transferləri kluba gələcək üçün 60 milyon avro üstünlük qazandırdı. Lakin bizim transfer etmək istədiyimiz hər bir oyunçuya 25-30 milyon avro qiymət qoyulub. Təəssüf ki, ucuza keyfiyyətli futbolçu almaq olmur. Bu da işləri çətinləşdirir. Yay transfer pəncərəsi olsaydı, bəlkə də daha sərbəst hərəkət edə bilərdik..."
Fərid ASLAN
MİA.AZ