29 gün əvvəl başlayan İranda aksyalar bəzi əyalətlərdə hələ də davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna paralel olaraq, nümayişlərdə həyatını itirənlərin sayı barədə statistik məlumatlar yenilənir.
ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) son məlumatında bildirir ki, aksiyalarda ölənlərin sayı 5848 nəfərə yüksəlib: "3 min yaxın yaralı, 41283 nəfər isə həbs edilən aksiyaçı var"
Xəbərdə deyilir ki, ölənlərdən 209 təhlükəsizlik işçisidir.
Tahir Şəlvəli
MİA.AZ