Türkiyədə Polis İdarəsinə bomba atılıb.
Mia.az Türkiyə mətbuatın aistinadla xəbər verir ki, bu barədə Diyarbəkir Valiliyi açıqlama yayıb.
Bildirilib ki, maskalı iki nəfər şəhər Polis İdarəsinin giriş qapısının yaxınlığına əldəqayırma partlayıcı qurğu atıblar.
Məlumatda deyilir ki, hadisədən zərər çəkən olmayıb: "Hadisə yerindən qaçan iki maskalı şübhəlinin müəyyən edilməsi və tutulması üçün əməliyyat axtarış tədbirləri başlayb.
Samir Musayev
MİA.AZ
