“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt şəhərində, Sumqayıt Kimya Sənayesi Parkında yerləşən və cəmiyyətə məxsus olan mövcud xammal anbarının “Xalça emalı mərkəzi”nə çevrilməsi ilə əlaqədar yenidən qurulmasını planlaşdırır.

Məlumata görə, layihə çərçivəsində anbar binasının yenidən qurulması və müasir istehsal tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Sözügedən işlər üzrə ehtimal olunan qiymət 2.087.402,30 AZN təşkil edir.

Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədovdur. 

Xatırladaq ki, E.Məmmədov xalq rəssamı Səlhab (Salxab) İsa oğlu Məmmədovun oğlu, AFFA-nın sabiq vitse-prezidenti Elxan Məmmədovun qardaşıdır/32gün.az.