Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüşdən sonra mühim açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ nümayəndə heyətinin bu gün Moskvaya gedəcəyini təsdiqləyib.

Ukraya lideri qeyd edib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün və ya sabah isə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üçtərəfli danışıqlar keçiriləcək.

Zelenski Davosda etdiyi çıxışda daha sonra deyib ki, ABŞ prezidenti Donald Tramp Venesuelada əməliyyat təşkil edib və həmin ölkənin prezidenti Nikolas Maduro həbs edilib: "Bu barədə fərqli fikirlər var idi. Amma fakt budur ki, Maduro Nyu-Yorkda mühakimə olunur. Bağışlayın, amma Vladimir Putin hələ də mühakimə olunmur. Biz və dünya bunu gözləyir. Unutmayaq ki, Rusiya-Ukrayna müharibəsi İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük müharibədir. Lakin müharibəni başlayanlar hələ də məsuliyyətə cəlb olunmayıb".

Ukrayna prezidentinin sözlərinə görə, atəşkəs əldə edilən kimi,  Ukrayna ərazisinə müttəfiq ölkələrin sülhməramlıları yerləşdirilməlidir: "Bu məsələdə Britaniya və Fransanın istəkli olmasınan şadıq".

Samir MUSAYEV

Mia.az