ABŞ-ın Cənubi Kaliforniya Universiteti(USC) yeni bir araşdırma illə dünyanın diqqətini özünə cəlb edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dəridəki səpgi və digər problemlrə qarşı yeni kəşf olunan qidalandırıcı peyvəndin təkcə ağrılı dəri səpgilərinin qarşısını almadığı bəlli olub: "Yeni peyvənd, eyni zamanda, bədənin bioloji qocalmasını da ləngidir...".
2026-cı ilin yanvar ayında dərc edilən araşdırma 70 və yuxarı yaş qrupu üzrə 3800-dən çox şəxsin üzərində sınaqdan çıxarılmaqla aparılıb: "Nəticələr göstərir ki, peyvəndini alan şəxslərdə peyvənd olunmayanlarla müqayisədə daha gənc bioloji profillər var. Üstəlik, peyvənd olunmuş iştirakçılarda yaşla əlaqəli xroniki iltihab səviyyəsinin xeyli aşağı olub. Paralel olaraq, DNT və gen ifadə proseslərindəki molekulyar markerlər peyvənd olunmuş şəxslərdə daha ləng qocaldığı müşahidə edilir. Bu müsbət təsirlər peyvənddən sonrakı ilk üç ildə ən çox özünü göstərir..."
Tədqiqatın müəlliflərindən biri olan Jung Ki Kim bildirib ki, bu təsirin əsas səbəbi peyvəndin sinir sistemində suçiçəyi-zoster virusunun dövri aktivləşməsinin qarşısını alması ilə əlaqələndirir: "Virusun oyanmaq üçün hər cəhdi bədəndə stress və iltihab reaksiyasına səbəb olur. Peyvənd bu prosesi yatırmaqla bioloji stress yükünü azaldır. Bu tədqiqat göstərir ki, peyvənd təkcə immun sisteminin viruslara qarı dözümünü artırmır, həm də yaşla əlaqəli digər hüceyrə zədələnmələrinin qarşısını alır...".
Zülfiyyə
MİA.AZ