Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib.

Məlumatına görə, Z.Fərəcov İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib.

S.Bədəlov isə reyd zamanı anlaşılmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib.

İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib.

Qeyd edək ki,  bir neçə gündür, sosial mediada və mətbuat orqanlarında Sumqayıtda keçirilən reyd zamanı satıcılardan birinin məhsullarının müsadirə edilməsi müzakirə yaradıb. S.Heydərovun satıcıya “vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu, artıq sənin deyil, apar, qoy maşına...” deməsi ciddi tənqid edilib(pravda).