Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanının birinci mərhələsi və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.
Mia.az xəbər verir ki, jurnalda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının altstandartları və proqramları dərc olunub.
Bununla yanaşı, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanına uyğun tapşırıq nümunələri, eyni zamanda qiymətləndirmə meyarları da təqdim olunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. //shorturl.at/B4g0M