Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın artıq geridönməz nəticələrə malik "qlobal su iflası" təhlükəsiylə üzləşdiyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qurum hesabat yayıb.
Hesabatda dünyanın müxtəlif bölgələrinin ciddi su problemləri ilə mübarizə apardığı faktlarla göstərilib: "Məsələn, Əfqanıstanın paytaxtı Kabil tamamilə susuz qalacağı gözlənilən paytaxtlardan birincisi olacaq. Və ya Meksikanın paytaxtı Mexiko şəhəri altındakı nəhəng su qatının həddindən artıq pompalanması səbəbindən ildə təxminən 50 santimetr batır..."
Hesabatda ABŞ-ın cənub-qərbində ştatlarların da ciddi quraqlıq təhlükəsiylə qarşılaşdığı qeyd edilib. Bildirilib ki, bölgədəki Kolorado çayı azalan tələb olunan suyu artıq ünvanlarına çatdıra bilmir: "Qlobal vəziyyət o qədər ağırdır ki, su böhranı və ya "su stressi" kimi terminlər problemin miqyasını təsvir etmək üçün kifayət deyil. Bunu qeyri-ciddiyə saymaq olmaz. Əgər dünya və bir çox ölkələr bunu müvəqqəti problem olduğuu düşünürsə, və ya bir ümddət sonra hər şeyin qaydaya düşəcəyini zənn edirsə, tamamilə yanılır".
Hesabatda BMT-yə bağlı olan Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru və hesabatın müəllifi Kaveh Madani bildirib ki, su iflası vəziyyətində mövcud şəraitdə ən doğru qənaətə keçilməli və bir çox əlavə tədbirlərə əl atlmalıdır: "Bunlar vacibdir, lakin eyni zamanda əvvəlkindən daha məhdud olan yeni bir reallığa uyğunlaşmaq lazımdır. Su iflası anlayışı belə işləyir: təbiət yağış və qar şəklində təmin edir; lakin dünya aldığından daha çox istehlak edir. Çaylardan, göllərdən və yeraltı su hövzələrindən gələn su bərpa olunduqdan daha sürətli istehlak olunur və bu da dünyanı tükənən "borc"a salır. İqlim dəyişikliyinin yaratdığı istilik və quraqlıq mövcud suyun azaldılması ilə problemi daha da artırır. Deyə bilərə ki, 1990-cı ildən bəri planetin əsas göllərinin 50 faizindən çoxu su itirib. Əsas yeraltı su mənbələrinin 70 faizi uzunmüddətli azalma mərhələsindədir. Son 50 ildə Avropa Birliyi ölçüsündə bataqlıqlar yoxa çıxıb. Buzlaqlar 1970-ci ildən bəri 30 faiz kiçilib. Bu vəziyyətin humanitar nəticələri də ağırdır; təxminən 4 milyard insan hər il ən azı bir ay su çatışmazlığı ilə üzləşir".
Hesabatda fövqəladə hallara yönəlmiş düşüncədən uzunmüddətli strategiyalara keçid tələb olunur:
"1.Qlobal su istehlakına ən böyük töhfə verən kənd təsərrüfatında məhsul istehsalının dəyişdirilməsi və səmərəli suvarmaya keçid:
2. Süni intellekt və məsafədən zondlama metodlarından istifadə edərək suyun monitorinqinin təkmilləşdirilməsi;
3. Çirklənmənin azaldılması və yeraltı suların və bataqlıqların qorunması;
Tədqiqatçılar hesab edirlər ki, su siyasi fərqləri aşaraq "parçalanmış dünyada körpü" rolunu oynaya bilər".
F.ƏHMƏD
MİA.AZ